Kateqoriya üzrə arxiv

Çay dəstgahı

Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də eşitdiyimiz hər şey gerçəyi təmsil edir. Kimin kimə hansı məqsədlə necə təsir etmək üçün yazdığını, çəkdiyini, paylaşdığını mühakimə etməyi bacarmalıyıq. Paranoyak oxucu olaq demirəm, ancaq şüurlu oxucu olmaq da çətin deyil. “Median.cafe”dəki yazılarımızı oxuyanlar, sosial mediada izləyənlər bilir ki, hərdən xəbər mediasını tənqid… Davamı

Medianın populizmi və Dadaş Dadaşlinski

Dadaş Dadaşlinski mediadakı populizmə maraqlı örnəkdir. Populizm xalqa şirin görünməkdir. Siyasətdə örnəkləri çoxdur. Ən qəşəng materialı Amerikada Trampdadır, populist siyasət necə olar, bütün dünyaya master klas keçir. Lokal səviyyədə isə siyasətçi və bürokratların son bir il ərzindəki çıxışlarında xalq vurğusu çoxalıb, bu da populizmin əlamətidir. Xalqı da ki tanıyırsınız, cəmiyyətdəki imtiyazsız kütlələrin adıdır. Ölkədə siyasət… Davamı

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki 9 əsas trendi paylaşım. Bu trendlərə əslində ənənəvi jurnalistika doqmalarını yıxma təşəbbüsü də deyə bilərsiniz. Bir qismini çox problemli görsəm də, bizdə illərdir Həsən bəy Zərdabiyə baxıb 21-ci əsrin mediasını dizayn etməyə çalışan, təxminən 150 il əvvəlki təcrübəni örnək göstərib “peşəkarlıq” dərsi keçən… Davamı

Foto mənbəsi: prnewswire.com

Robot jurnalist robotlaşmış jurnalistlərə qarşı

Gəncliyimiz gələcəkdə insan yerinə düşünə bilən kompüterlərin idarə etdiyi bir dünyada yaşayacağımızı iddia edən elmi-fantastik filmlərə baxmaqla keçdi. Bizdən lap çox əvvəl, 1950-ci illərdə Alan Turinqin ortaya atdığı sual vardı: “Cihazlar bizim yerimizə düşünə bilərmi?” Artıq bir neçə ildir dünyanın öndə gələn xəbər mediasında maliyyə, idman, qəza və fəlakət xəbərlərini robotların yazdığını düşünəndə Turinqin sualını… Davamı

Yavaş jurnalistika: Asta yaz xəbəri…

Xəbəri hamıdan öncə vermək üçün ölməyən məşhurlar öldürülür, sağalmayan xəstəliklərin müalicəsi tapılır, od olmayan yerdən tüstü çıxarılır, xəbər mətni ilə əlaqəsiz “şok” başlıqlar atılır. Yeni sürətli jurnalistika, internet çağında sosial şəbəkələrin qonaq etdiyi fürsətləri beləcə ucuza xərcləyib zay edir. Bu gün mənzərə çoxlarının başını gicəlləndirsə də, qorxuncdur əslində.  İnsan oğlu ilk dəfə bu miqyasda informasiya… Davamı

Müdafiə naziri niyə mediaya 15 aydan sonra danışır?

Yadınızdadırsa, ötən il aprelin 1-də döyüşlərin başlaması xəbəri gələndə nə qədər jurnalist informasiya müharibəsinə qoşulduğunu sübut eləmək üçün dəridən-qabıqdan çıxırdı. Biri deyirdi ki, filan məlumatı gizlədin, o biri deyirdi, filan məsələdən danışmayın. Özlüklərində dövlətçilik edirdilər, özlüklərində ölkənin müdafiəsinə qalxmışdılar. Döyüşlər niyə başladı? Səbəb nə idi? Məqsəd nə idi? Hadisənin ilk saatlarından erməni rəsmiləri ardıcıl bəyanatlar,… Davamı

Kimdir bu MTN-çi jurnalistlər?

Dünya media tarixi məxfi təhlükəsizlik xidmətlərinin jurnalistlərlə əməkdaşlıq skandallarıyla doludur. Nə uzağa getməyə, nə də yaxında axtarmağa da ehtiyac yoxdur. Bilinən ən məşhur örnəyi Watergate skandalını araşdıran Washington Post müxbirlərindən  Carl Bernsteinin “CIA və Media” məqaləsində çox gözəl izah olunur. Altı aylıq araşdırmasını tamamlayıb 1977-ci ildə  “Rolling Stone” jurnalında dərc etdirən müəllif adlarını çəkərək kimlərin… Davamı

Jurnalist obyektivliyinin yayğınlaşan sərhədləri

Bütün jurnalistlər obyektivliyə çalışmalıdır. Reportyor da, fotoqraf da, təhlilçi də, köşə yazarı da, veriliş aparıcısı da. Ancaq rollara görə diapazon fərqi var. Reportyorun obyektivliyi ilə təhlilçinin, köşə yazarının obyektivliyi üçün qoyulan tələblər dəyişir. Siyasi, iqtisadi məsələləri işıqlandıran reportyor həqiqət axtarışında öz üstünə heç bir məsuliyyət götürməməlidir. İnformasiyaları, bilgiləri sözçülərin, mənbələrin üstünə yükləməlidir. O, mühakimədən, dəyərləndirmələrdən,… Davamı

Hər şeyi çox bilənlərin ölkəsində elmi jurnalistika

Qatarla vaqonu, vatt ilə voltu bir-birindən ayırd edə bilməyən, eni 3, uzunluğu 5 metr olan düzbucaqlının sahəsinu hesablaya bilməyən bir jurnalistin devalvasiya ilə revalvasiyanı səhv salmayacağına kim qarantiya verə bilər?! Dövlət xəbər agentliyi “Azərtac”ın yaydığı xəbərə baxın. Xəbərin başlığı “Hansı asteroidlər Yerlə üzləşə bilər?” Xəbərin mənbəyi naməlumdur: “Amerika alimləri yaxın bir neçə əsrdə Yerlə üzləşə… Davamı

Medianı korlamağa dövlət qayğısı

Azərbaycanın xəbər mediası neft bumundan sonra yaraşıqlı yeni ofislər, yeni texnika üzü gördü, özünü modern saydı.  Azərbaycan hökuməti neft pulu ilə parıltılı layihələr gerçəkləşdirdi, bir iş gördüyünü sandı. Həmin media  da bunu iş görmək kimi qələmə verib yerini şirin saldı. Beləcə əl-ələ verib şərikli “işlədilər”. Prezidentin köməkçisi Əli Həsənov növbəti mükafatpaylama mərasimlərindən birində bu işbirliyini yığcam… Davamı