Kateqoriya üzrə arxiv

Desertlər

Jurnalistika sifət istəmir

Xəbər yazarkən sifətlərdən mümkünsə istifadə olunmamasının tərəfdarıyam. Mümkünsə dedim, mümkün olduğuna da inananlardanam. Bunun bir qayda olmadığını da başdan deyim. Sadəcə ciddi xəbərçilik naminə bir seçim məsələsdir. “Məşhur müğənniyə ağır itki üz verib” tipli xəbərləri heç  vaxt oxumaram, məndə maraq oyandırmır belə xəbərlər. Əgər məşhurdursa, hamının tanıdığını düşünüb ad-soyadını yazmaq kifayət edər. İtkinin də mahiyyətini… Davamı

Tərcümə xətaları

Xarici dildə danışa bilmək heç də həmin dildən müxtəlif səpkili tərcümələr edə bilmək qabiliyyətindən xəbər vermir. Xarici dil kurslarının “ bizim peşəkar müəllimlərimiz sayəsində filan dilə üç aya yiyələnəcəksiniz” kimi çağırışcıl reklamları müxtəlif dillər öyrənmək istəyənlər üçün cəlbedici səslənə bilər, əlbəttə burada yanlış heç nə yoxdur, bir ölkənin vətəndaşları nə qədər çox əcnəbi dilə sahib… Davamı

“Copy paste” jurnalistikanın ədəb-ərkanı

“A qəzeti xəbər verir ki, B xəbər saytının C saytına istinadən yaydığı məlumata görə” Daimi xəbər oxucuları  belə giriş cümlələri ilə başlayan xəbərlərlə tanışdırlar. Biz hadisənin mahiyyətinə qavrayana qədər informasiya mənbələrinin bombardmanına məruz qalırıq. Sonra da xəbərin axırına çıxanda nə baş verdiyini öyrənə bilmirik. Ötən il aprel hadisələri zamanı bir xəbər çıxmışdı rastıma. İnformasiya müharibəsinə… Davamı

Şok edən, dəhşətə salan başlıqlar

  Əvvəlcə ideal olanı yada salaq. Xəbər başlığı o xəbərin nə haqqında olduğunu göstərə bilməlidir ki, sadəcə maraqlanan oxucu o xəbəri oxumağa davam etsin. Klassik jurnalistikada başlıqların seçimində bu ideal standarta əməl olunmağa çalışılırdı. Qəzetin məqsədi oxucunun əlində uzun müddət qalmaq deyil, oxucuya maraq göstərdiyi  informasiyalar təqdim etmək idi. İndi bu qayda tarixdə qaldı. İnternetin… Davamı

Bu yazı Şeyxülislam Mükafatına təqdim olunmaq üçün verilir…

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə  tapşırıq verib ki, jurnalistlər üçün “Şeyxülislam mükafatı” təsis olunsun. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədri Mübariz Qurbanlı da deyib ki, bu mükafata  etiraz edənlər “ya ateistdirlər, ya da tam olaraq hansı dinə mənsub olduqlarına qərar verə bilməyiblər”. Heç birindən olmadığım halda niyə etiraz etdiyimi deyim sizə.  Davamı

Özəl həyatın ictimailəşməsi və gizli kameralardan istifadə

“Əgər ictimai fiqur şəxsi və ictimai həyatı ilə bağlı uzlaşmayan fəaliyyət göstərirsə, jurnalistlər korrupsiya, qanun pozuntuları, cinayət əməlləri və s. kimi ictimai maraq doğuran hallarla əlaqədar olaraq informasiya toplamağa və yaymağa haqlıdırlar”. Son illər təkcə Azərbaycanda da deyil, bütün dünyada internet vasitəsilə yayılan xəbər və gizli video çəkilişlər böyük rezonansa səbəb olur, internet gizli faktların… Davamı

Mən jurnalistin yazanını sevirəm

“Jurnalist də öz sözünü deməlidir…”,  “Jurnalist də aktivist olmalıdır, dəyişdirməlidir…” Jurnalistika fakültələrində tələbələr hələ “obyektiv” və “operativ” anlayışlarını ayırd edə bilməzkən, ilk dərslərdən başlayaraq onlara “jurnalist obyektiv olmalıdır” fikrini aşılamağa çalışırıq. Düzdür, fakültədə öyrədilən bir çox şey kimi praktikada bu da çox vaxt özünü doğrultmur. Davamı