Kateqoriya üzrə arxiv

İsti yeməklər

Tərəfsizlik haqqında tərəfli yazı

Mirşahin bəy deyir: “90-cı illərdə tərəfsiz jurnalistika terminini ölkəyə mən gətirmişəm. Ona görə ki, biz o vaxt Sovet İttifaqının vətəndaşlarıydıq. Sovet İttifaqını dəstəkləməmək üçün bu formul atılmışdı ortalığa. Bu bizim xeyrimizəydi. Azərbaycan müstəqil oldu, SSRİ dağıldı. İndi biz nəyi dağıdırıq? Gəlin hamı öz tərəfini elan etsin.” Mirşahin bəyin tərəfsizliyi Azərbaycana gətirdiyini iddia etdiyi dövr konyektural… Davamı

Tele-vizyon fərqi

Son zamanlar sosial şəbəkələrdə olsun, internet mediada olsun tez-tez Tv-lərimizin və proqramların tənqidi çoxalıb. Hamı səviyyə, efir mədəniyyəti, keyfiyyət və s. tələb edir. Gəlin öncə publikanın özündən başlayaq… Publika nəyi sevir və nəyə baxır? Çoxluq rus kanallarında şoulara, türk kanallarında seriallara, online platformlarda xarici film və seriallara baxır… Reytinq şirkətinə görə, çoxluq yerli kanallarda gedən,… Davamı

Jurnalistikamızın paradoksları

Başqa ölkələrdə qəza olanda vətəndaşlar yığışıb cavabdeh məmuru yandırır, Azərbaycanda qəza olanda jurnalistlər özlərini yandırır. Bakıda narkoloji dispanserdə səhər baş vermiş faciəvi yanğından sonra da belə oldu. Hadisənin səbəblərini, cavabdehlərini axtarmaqdansa jurnalistlərin pasientlərin yaxınlarının ağlaşmasını videoya çəkdiklərini, dolayısıyla onları identifikasiya eləməyə çalışdıqlarını gördük. Sosial mediada jurnalistlərin “bu cür xəstələr pisdirlər, amma” tipli replikalarına rast gəldik.… Davamı

Xəstəni kim öldürür: həkim, yoxsa jurnalist?

Ölüm xəbəri çıxan tanınmışları, hansı ki, səhər ölüm xəbəri yayılan, günün sonunda isə “mən yaşayıram axı” deyə səsini bizə çatdırmağa çalışanları xatırlayırsınız yəqin ki. Məsələn, aktyorlardan biri özü deyir ki, “məni mətbuatda beş dəfə öldürüb, beş dəfə dirildiblər”. Bəzi insanlar da tutulduqları “ölümcül xəstəliklər”dən dolayı öləcəklərini öyrənirlər xəbər mediasından. Çoxunun da həyatda qala biləcəyi heç… Davamı

Üçüncü yol

Artıq kütləvi informasiya alış-verişi tək istiqamətli deyil. Kitablarda öyrədildiyi kimi kütləvi kommunikasiya bir mənbədən bir vasitəylə bir alıcıya göndərilən məlumat olmaqdan çıxdı. Artıq bu məlumat bir alıcıdan bir vasitəylə bir mənbəyə də göndərilə bilir. Yazırsan, oxuyurlar, razılaşırlar, paylaşırlar, razılaşmırlar, etiraz edirlər, cavab verirlər, o cavablar paylaşılır. 20-30 il əvvəlki kimi yazıb-oxunmaq ya da çəkib tamaşa… Davamı

“Vətənpərvər jurnalist” haqqında 10 maddəlik manifest

İngiltərə kralı 3-cü Corc 4 İyul 1776-cı ildə gündəliyinə belə yazmışdı: “Bu gün əhəmiyyətli heç nə baş vermədi” Halbuki, həmin gün okeanın o tayında amerikalılar İngilis Krallığından ayrılıb müstəqilliklərini elan etmişdilər. Həm aprel döyüşləri, həm də son günlərdə cəbhədə baş verənlər haqqındakı informasiya aclığımız özümüzü ingilis kralı kimi hiss etməklə müşayiət olunur. Bu informasiyasızlıq bəzi… Davamı

yalan xeber

Yalan xəbər

Tramp seçki kampaniyasında da, prezident kreslosuna oturandan sonra da mediaya qarşı açıq müharibə elan edib. Sağ olsun, jurnalistika ədəbiyyatına yeni termin daxil etdi: “Fake News Media”. Dəfələrlə Amerika mediasını yalan informasiyalar yaymaqda ittiham edən Tramp deyir ki, “yalan xəbər yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) – mənim yox, xalqın düşmənidirlər”. Onun… Davamı

Fakta qəsd edən uduzur

Çağdaş jurnalistika fakta əsaslanan jurnalistikadır, faktın alternativi yoxdur. “Alternativ fakt” ifadəsinin tarixi çox da qədim deyil. Ötən həftə Vaşinqtondakı inaqurasiyaya gələn kütlənin sayını yeni prezident Donald Trampın və köməkçilərinin şişirtməyə çalışdığı üzə çıxdı. Onlar fakt qarşısında qalandan sonra bu da “alternativ faktdır” ifadəsini ortaya atdılar. Donald Tramp MKİ-dəki görüşündə kütlənin sayı haqda xəbər mediasının səhv məlumat… Davamı

Neft mediasının neftçiləri

Təkcə 2016-cı ildə dövlət büdcəsindən televiziyalara 2 milyon, qəzetlərə isə 1 milyon manat birdəfəlik maliyyə yardımı göstərilib. Ancaq ölkə ictimaiyyəti ötən il Günəşli neft yatağında baş verən faciəni bir qəpik də yardım almayan əcnəbi Reuters xəbər agentliyindən öyrənmişdi.   Davamı

Medianın təsiri güclü olsaydı

Medianın təsiri güclüdürsə, qaz və elektrik qiymətlərindəki artış üçün əhali hökümətə niyə təşəkkür etmir? Medianın təsiri güclüdürsə, gənclər niyə “batan” Almaniyada təhsil almaq xəyallarından vaz keçmirlər? Medianın təsiri güclüdürsə, niyə insanlar “dağılan” ABŞ-a, Kanadaya köçməyə çalışır? Medianın təsiri güclüdürsə,  əhali niyə iqtidar partiyasına, ya da müxalifət partiyasına qoşulmur? Medianın təsiri güclüdürsə, niyə beş cümlədən birində… Davamı