• median3.jpg

Redaktə siyasəti dəyişəndə

Almaniyanın Der Spiegel jurnalı və Süddeutsche Zeitung qəzeti bir gizli çəkilmiş video yaydı, Avstriyanın vitse-prezidenti istefa verdi, yeni seçkilər elan olundu. Ötən seçkidən 3 ay qabaq çəkilmiş bu videodan belə görünür ki, Avstriyanın ifrat sağçı, antiimmiqrant Azadlıq partiyası Rusiya oliqarxı ilə dolayısıyla sövdələşib. Ispaniyanın İbiza adasındakı villada çəkilmiş videoda partiyanın sədri, Hayns Xristian Ştraxe içir, çəkir, özünü maço kimi aparır. O özünü Rusiya oliqarxının yaxını kimi təqdim eləyən qadına hakimiyyətə gələndən sonra yağlı tikinti kontraktları vəd eləyir. Ona deyir ki, əvəzində bir şirkət qursun, Kronen-Zeitung media şirkətini alsın, ordan filan jurnalistləri uzaqlaşdırsın, filan jurnalistləri cəlb eləsin, redaktə siyasətini dəyişdirib Azadlıq partiyasın yardım göstərsin.

Bəzən redaksiyalarda belə şeylər olur. Jurnalistlər görürlər ki, redaktə siyasəti dəyişib. Çalışırlar izah eləsinlər ki, bu düz deyil. Baş redaktor və ya media şirkətinin sahibi özünü “məlum turac kimi çəkərək” (R.Rza) elə görsəniş yaradır ki, guya o, dahiyanə bir iş görür, sıravi jurnalistər belə şeyləri anlamazlar.

Hə, harda qalmışdıq? Ştraxe vitse-kansler postundan və Azadlq partiyasından da istefa verdi. Bu partiya bir neçə il qabaq qəzada ölən nasist Hayderlə yadınızda qalıb. İndi Rusiya ilə cici-bacı olan bu partiyanı 1956-cı ildə keçmiş nasist naziri, SS zabiti Anton Reinthaller yaratmışdı.

 

Müəllif: Rövşən Əliyev
Facebook şərhlər