Siyasi böhranı işıqlandıranda iqtisadiyyatı unutmayın

Görürəm ki, mediamız Venesuela böhranını işıqlandırmağa çalışır, ancaq məsələnin iqtisadi tərəfini görmür.

Bu qrafik dünya bazarında qızılın qiymətinin günlük hərəkətini göstərir. Təklif çox olanda qızılın qiyməti düşür.
Qızılı təklif eləyənlərdən biri də Venesuela prezidenti Madurodur. Elə bu günlərdə Venesuela Mərkəzi Bankından 8 ton qızıl harasa aparılıb.

ABŞ prezidenti sərəncam verərək ölkə biznesinin Venesueladan qızıl almasının yolunu kəsib. Britaniyaya da təzyiq eləyir ki, Venesuelanın Bank of England-dəki 1.2 milyard dollarlıq qızıl rezervini satmağa qoymasın.

Ancaq Maduro il boyu əməlli-başlı qızıl ticarəti eləyib. Maduronun əsas tərəfdaşı Ərdoğandır. Ötən il Venessuelanın cənubundan kustar üsulla çıxarılan 20 tona yaxın qızılın da çoxu Türkiyəyə daşınıb. Əvəzində, əsasən ərzaq və valyuta alınır. Türkiyə belə əməliyyatları Mulberry Proje Yatirim və Marilyns Proje Yatirim şirkətlərinin əli ilə edir.

Maduro ölkəin kağızdan çox fərqlənməyən pulunu verir cənubdakı kustar qızılçıxaranlara, sonra qzılı ixrac eləyir. Kustar qızılçıxarmaya son illər imkan verilib, adamlar düşüblər cənubdakı cəngəlliklərə. Texnika yox, təhlükəsizlik tədbirləri yox. Malyariyadan qurtula bilən adamlar torpaqda eşələnib gündəlik çörəkpulunu çıxarırlar. İki il qabaq açılmış İstanbul – Karakas təyyarə reysi elə bilirsiniz sərnişin daşıyır?

Rövşən Əliyev

 

Facebook şərhlər