Tag archive

araşdırma

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki 9 əsas trendi paylaşım. Bu trendlərə əslində ənənəvi jurnalistika doqmalarını yıxma təşəbbüsü də deyə bilərsiniz. Bir qismini çox problemli görsəm də, bizdə illərdir Həsən bəy Zərdabiyə baxıb 21-ci əsrin mediasını dizayn etməyə çalışan, təxminən 150 il əvvəlki təcrübəni örnək göstərib “peşəkarlıq” dərsi keçən… Davamı

Foto mənbəsi: prnewswire.com

Robot jurnalist robotlaşmış jurnalistlərə qarşı

Gəncliyimiz gələcəkdə insan yerinə düşünə bilən kompüterlərin idarə etdiyi bir dünyada yaşayacağımızı iddia edən elmi-fantastik filmlərə baxmaqla keçdi. Bizdən lap çox əvvəl, 1950-ci illərdə Alan Turinqin ortaya atdığı sual vardı: “Cihazlar bizim yerimizə düşünə bilərmi?” Artıq bir neçə ildir dünyanın öndə gələn xəbər mediasında maliyyə, idman, qəza və fəlakət xəbərlərini robotların yazdığını düşünəndə Turinqin sualını… Davamı

Yavaş jurnalistika: Asta yaz xəbəri…

Xəbəri hamıdan öncə vermək üçün ölməyən məşhurlar öldürülür, sağalmayan xəstəliklərin müalicəsi tapılır, od olmayan yerdən tüstü çıxarılır, xəbər mətni ilə əlaqəsiz “şok” başlıqlar atılır. Yeni sürətli jurnalistika, internet çağında sosial şəbəkələrin qonaq etdiyi fürsətləri beləcə ucuza xərcləyib zay edir. Bu gün mənzərə çoxlarının başını gicəlləndirsə də, qorxuncdur əslində.  İnsan oğlu ilk dəfə bu miqyasda informasiya… Davamı

Jurnalist obyektivliyinin yayğınlaşan sərhədləri

Bütün jurnalistlər obyektivliyə çalışmalıdır. Reportyor da, fotoqraf da, təhlilçi də, köşə yazarı da, veriliş aparıcısı da. Ancaq rollara görə diapazon fərqi var. Reportyorun obyektivliyi ilə təhlilçinin, köşə yazarının obyektivliyi üçün qoyulan tələblər dəyişir. Siyasi, iqtisadi məsələləri işıqlandıran reportyor həqiqət axtarışında öz üstünə heç bir məsuliyyət götürməməlidir. İnformasiyaları, bilgiləri sözçülərin, mənbələrin üstünə yükləməlidir. O, mühakimədən, dəyərləndirmələrdən,… Davamı

Jurnalistika sifət istəmir

Xəbər yazarkən sifətlərdən mümkünsə istifadə olunmamasının tərəfdarıyam. Mümkünsə dedim, mümkün olduğuna da inananlardanam. Bunun bir qayda olmadığını da başdan deyim. Sadəcə ciddi xəbərçilik naminə bir seçim məsələsdir. “Məşhur müğənniyə ağır itki üz verib” tipli xəbərləri heç  vaxt oxumaram, məndə maraq oyandırmır belə xəbərlər. Əgər məşhurdursa, hamının tanıdığını düşünüb ad-soyadını yazmaq kifayət edər. İtkinin də mahiyyətini… Davamı

Üçüncü yol

Artıq kütləvi informasiya alış-verişi tək istiqamətli deyil. Kitablarda öyrədildiyi kimi kütləvi kommunikasiya bir mənbədən bir vasitəylə bir alıcıya göndərilən məlumat olmaqdan çıxdı. Artıq bu məlumat bir alıcıdan bir vasitəylə bir mənbəyə də göndərilə bilir. Yazırsan, oxuyurlar, razılaşırlar, paylaşırlar, razılaşmırlar, etiraz edirlər, cavab verirlər, o cavablar paylaşılır. 20-30 il əvvəlki kimi yazıb-oxunmaq ya da çəkib tamaşa… Davamı

yalan xeber

Yalan xəbər

Tramp seçki kampaniyasında da, prezident kreslosuna oturandan sonra da mediaya qarşı açıq müharibə elan edib. Sağ olsun, jurnalistika ədəbiyyatına yeni termin daxil etdi: “Fake News Media”. Dəfələrlə Amerika mediasını yalan informasiyalar yaymaqda ittiham edən Tramp deyir ki, “yalan xəbər yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) – mənim yox, xalqın düşmənidirlər”. Onun… Davamı

Hər şeyi çox bilənlərin ölkəsində elmi jurnalistika

Qatarla vaqonu, vatt ilə voltu bir-birindən ayırd edə bilməyən, eni 3, uzunluğu 5 metr olan düzbucaqlının sahəsinu hesablaya bilməyən bir jurnalistin devalvasiya ilə revalvasiyanı səhv salmayacağına kim qarantiya verə bilər?! Dövlət xəbər agentliyi “Azərtac”ın yaydığı xəbərə baxın. Xəbərin başlığı “Hansı asteroidlər Yerlə üzləşə bilər?” Xəbərin mənbəyi naməlumdur: “Amerika alimləri yaxın bir neçə əsrdə Yerlə üzləşə… Davamı

Fakta qəsd edən uduzur

Çağdaş jurnalistika fakta əsaslanan jurnalistikadır, faktın alternativi yoxdur. “Alternativ fakt” ifadəsinin tarixi çox da qədim deyil. Ötən həftə Vaşinqtondakı inaqurasiyaya gələn kütlənin sayını yeni prezident Donald Trampın və köməkçilərinin şişirtməyə çalışdığı üzə çıxdı. Onlar fakt qarşısında qalandan sonra bu da “alternativ faktdır” ifadəsini ortaya atdılar. Donald Tramp MKİ-dəki görüşündə kütlənin sayı haqda xəbər mediasının səhv məlumat… Davamı

Medianı korlamağa dövlət qayğısı

Azərbaycanın xəbər mediası neft bumundan sonra yaraşıqlı yeni ofislər, yeni texnika üzü gördü, özünü modern saydı.  Azərbaycan hökuməti neft pulu ilə parıltılı layihələr gerçəkləşdirdi, bir iş gördüyünü sandı. Həmin media  da bunu iş görmək kimi qələmə verib yerini şirin saldı. Beləcə əl-ələ verib şərikli “işlədilər”. Prezidentin köməkçisi Əli Həsənov növbəti mükafatpaylama mərasimlərindən birində bu işbirliyini yığcam… Davamı