Tag archive

həqiqət

Tərəfsizlik haqqında tərəfli yazı

Mirşahin bəy deyir: “90-cı illərdə tərəfsiz jurnalistika terminini ölkəyə mən gətirmişəm. Ona görə ki, biz o vaxt Sovet İttifaqının vətəndaşlarıydıq. Sovet İttifaqını dəstəkləməmək üçün bu formul atılmışdı ortalığa. Bu bizim xeyrimizəydi. Azərbaycan müstəqil oldu, SSRİ dağıldı. İndi biz nəyi dağıdırıq? Gəlin hamı öz tərəfini elan etsin.” Mirşahin bəyin tərəfsizliyi Azərbaycana gətirdiyini iddia etdiyi dövr konyektural… Davamı

Yavaş jurnalistika: Asta yaz xəbəri…

Xəbəri hamıdan öncə vermək üçün ölməyən məşhurlar öldürülür, sağalmayan xəstəliklərin müalicəsi tapılır, od olmayan yerdən tüstü çıxarılır, xəbər mətni ilə əlaqəsiz “şok” başlıqlar atılır. Yeni sürətli jurnalistika, internet çağında sosial şəbəkələrin qonaq etdiyi fürsətləri beləcə ucuza xərcləyib zay edir. Bu gün mənzərə çoxlarının başını gicəlləndirsə də, qorxuncdur əslində.  İnsan oğlu ilk dəfə bu miqyasda informasiya… Davamı

Kimdir bu MTN-çi jurnalistlər?

Dünya media tarixi məxfi təhlükəsizlik xidmətlərinin jurnalistlərlə əməkdaşlıq skandallarıyla doludur. Nə uzağa getməyə, nə də yaxında axtarmağa da ehtiyac yoxdur. Bilinən ən məşhur örnəyi Watergate skandalını araşdıran Washington Post müxbirlərindən  Carl Bernsteinin “CIA və Media” məqaləsində çox gözəl izah olunur. Altı aylıq araşdırmasını tamamlayıb 1977-ci ildə  “Rolling Stone” jurnalında dərc etdirən müəllif adlarını çəkərək kimlərin… Davamı

Jurnalist obyektivliyinin yayğınlaşan sərhədləri

Bütün jurnalistlər obyektivliyə çalışmalıdır. Reportyor da, fotoqraf da, təhlilçi də, köşə yazarı da, veriliş aparıcısı da. Ancaq rollara görə diapazon fərqi var. Reportyorun obyektivliyi ilə təhlilçinin, köşə yazarının obyektivliyi üçün qoyulan tələblər dəyişir. Siyasi, iqtisadi məsələləri işıqlandıran reportyor həqiqət axtarışında öz üstünə heç bir məsuliyyət götürməməlidir. İnformasiyaları, bilgiləri sözçülərin, mənbələrin üstünə yükləməlidir. O, mühakimədən, dəyərləndirmələrdən,… Davamı

Üçüncü yol

Artıq kütləvi informasiya alış-verişi tək istiqamətli deyil. Kitablarda öyrədildiyi kimi kütləvi kommunikasiya bir mənbədən bir vasitəylə bir alıcıya göndərilən məlumat olmaqdan çıxdı. Artıq bu məlumat bir alıcıdan bir vasitəylə bir mənbəyə də göndərilə bilir. Yazırsan, oxuyurlar, razılaşırlar, paylaşırlar, razılaşmırlar, etiraz edirlər, cavab verirlər, o cavablar paylaşılır. 20-30 il əvvəlki kimi yazıb-oxunmaq ya da çəkib tamaşa… Davamı

“Vətənpərvər jurnalist” haqqında 10 maddəlik manifest

İngiltərə kralı 3-cü Corc 4 İyul 1776-cı ildə gündəliyinə belə yazmışdı: “Bu gün əhəmiyyətli heç nə baş vermədi” Halbuki, həmin gün okeanın o tayında amerikalılar İngilis Krallığından ayrılıb müstəqilliklərini elan etmişdilər. Həm aprel döyüşləri, həm də son günlərdə cəbhədə baş verənlər haqqındakı informasiya aclığımız özümüzü ingilis kralı kimi hiss etməklə müşayiət olunur. Bu informasiyasızlıq bəzi… Davamı

yalan xeber

Yalan xəbər

Tramp seçki kampaniyasında da, prezident kreslosuna oturandan sonra da mediaya qarşı açıq müharibə elan edib. Sağ olsun, jurnalistika ədəbiyyatına yeni termin daxil etdi: “Fake News Media”. Dəfələrlə Amerika mediasını yalan informasiyalar yaymaqda ittiham edən Tramp deyir ki, “yalan xəbər yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) – mənim yox, xalqın düşmənidirlər”. Onun… Davamı

Fakta qəsd edən uduzur

Çağdaş jurnalistika fakta əsaslanan jurnalistikadır, faktın alternativi yoxdur. “Alternativ fakt” ifadəsinin tarixi çox da qədim deyil. Ötən həftə Vaşinqtondakı inaqurasiyaya gələn kütlənin sayını yeni prezident Donald Trampın və köməkçilərinin şişirtməyə çalışdığı üzə çıxdı. Onlar fakt qarşısında qalandan sonra bu da “alternativ faktdır” ifadəsini ortaya atdılar. Donald Tramp MKİ-dəki görüşündə kütlənin sayı haqda xəbər mediasının səhv məlumat… Davamı

Medianı korlamağa dövlət qayğısı

Azərbaycanın xəbər mediası neft bumundan sonra yaraşıqlı yeni ofislər, yeni texnika üzü gördü, özünü modern saydı.  Azərbaycan hökuməti neft pulu ilə parıltılı layihələr gerçəkləşdirdi, bir iş gördüyünü sandı. Həmin media  da bunu iş görmək kimi qələmə verib yerini şirin saldı. Beləcə əl-ələ verib şərikli “işlədilər”. Prezidentin köməkçisi Əli Həsənov növbəti mükafatpaylama mərasimlərindən birində bu işbirliyini yığcam… Davamı

Neft mediasının neftçiləri

Təkcə 2016-cı ildə dövlət büdcəsindən televiziyalara 2 milyon, qəzetlərə isə 1 milyon manat birdəfəlik maliyyə yardımı göstərilib. Ancaq ölkə ictimaiyyəti ötən il Günəşli neft yatağında baş verən faciəni bir qəpik də yardım almayan əcnəbi Reuters xəbər agentliyindən öyrənmişdi.   Davamı