Tag archive

peşəkarlıq

Oxucudan şikayət

Gerçək deyə bir şey qalmadı artıq. Nə oxuduğumuz, nə gördüyümüz, nə də eşitdiyimiz hər şey gerçəyi təmsil edir. Kimin kimə hansı məqsədlə necə təsir etmək üçün yazdığını, çəkdiyini, paylaşdığını mühakimə etməyi bacarmalıyıq. Paranoyak oxucu olaq demirəm, ancaq şüurlu oxucu olmaq da çətin deyil. “Median.cafe”dəki yazılarımızı oxuyanlar, sosial mediada izləyənlər bilir ki, hərdən xəbər mediasını tənqid… Davamı

Jurnalistlərdən gözləntilər

Jurnalistlərdən gözləntilər: 1- Gün ərzində 100-ə yaxın xəbər başlığı qoymaq saytınızı zəngin göstərməz, əksinə onun həftəbecər olduğuna dəlalət edər. Az yazın, saz yazın. 2- Masa arxasından qalxın, qapını açıb küçəyə çıxın. Oxucuya, vətəndaşa gedin. Vaxtınızın çoxunu yazmağa, azını isə araşdırmaya ayırırsınız. Tərsini edin. Çox araşdırın, az yazın. 3- Xəbər yazarkən mətbuat xidmətlərinə, siyasətçilərə, məmurlara istinad… Davamı

Dünya mediasında 9 trend

Milli Mətbuat Günü ərəfəsində bütün jurnalist dostlarımızı təbrik edərək Qərbin 9 ölkəsindəki 9 əsas trendi paylaşım. Bu trendlərə əslində ənənəvi jurnalistika doqmalarını yıxma təşəbbüsü də deyə bilərsiniz. Bir qismini çox problemli görsəm də, bizdə illərdir Həsən bəy Zərdabiyə baxıb 21-ci əsrin mediasını dizayn etməyə çalışan, təxminən 150 il əvvəlki təcrübəni örnək göstərib “peşəkarlıq” dərsi keçən… Davamı

Foto mənbəsi: prnewswire.com

Robot jurnalist robotlaşmış jurnalistlərə qarşı

Gəncliyimiz gələcəkdə insan yerinə düşünə bilən kompüterlərin idarə etdiyi bir dünyada yaşayacağımızı iddia edən elmi-fantastik filmlərə baxmaqla keçdi. Bizdən lap çox əvvəl, 1950-ci illərdə Alan Turinqin ortaya atdığı sual vardı: “Cihazlar bizim yerimizə düşünə bilərmi?” Artıq bir neçə ildir dünyanın öndə gələn xəbər mediasında maliyyə, idman, qəza və fəlakət xəbərlərini robotların yazdığını düşünəndə Turinqin sualını… Davamı

Yavaş jurnalistika: Asta yaz xəbəri…

Xəbəri hamıdan öncə vermək üçün ölməyən məşhurlar öldürülür, sağalmayan xəstəliklərin müalicəsi tapılır, od olmayan yerdən tüstü çıxarılır, xəbər mətni ilə əlaqəsiz “şok” başlıqlar atılır. Yeni sürətli jurnalistika, internet çağında sosial şəbəkələrin qonaq etdiyi fürsətləri beləcə ucuza xərcləyib zay edir. Bu gün mənzərə çoxlarının başını gicəlləndirsə də, qorxuncdur əslində.  İnsan oğlu ilk dəfə bu miqyasda informasiya… Davamı

Jurnalist obyektivliyinin yayğınlaşan sərhədləri

Bütün jurnalistlər obyektivliyə çalışmalıdır. Reportyor da, fotoqraf da, təhlilçi də, köşə yazarı da, veriliş aparıcısı da. Ancaq rollara görə diapazon fərqi var. Reportyorun obyektivliyi ilə təhlilçinin, köşə yazarının obyektivliyi üçün qoyulan tələblər dəyişir. Siyasi, iqtisadi məsələləri işıqlandıran reportyor həqiqət axtarışında öz üstünə heç bir məsuliyyət götürməməlidir. İnformasiyaları, bilgiləri sözçülərin, mənbələrin üstünə yükləməlidir. O, mühakimədən, dəyərləndirmələrdən,… Davamı

Jurnalistika sifət istəmir

Xəbər yazarkən sifətlərdən mümkünsə istifadə olunmamasının tərəfdarıyam. Mümkünsə dedim, mümkün olduğuna da inananlardanam. Bunun bir qayda olmadığını da başdan deyim. Sadəcə ciddi xəbərçilik naminə bir seçim məsələsdir. “Məşhur müğənniyə ağır itki üz verib” tipli xəbərləri heç  vaxt oxumaram, məndə maraq oyandırmır belə xəbərlər. Əgər məşhurdursa, hamının tanıdığını düşünüb ad-soyadını yazmaq kifayət edər. İtkinin də mahiyyətini… Davamı

Üçüncü yol

Artıq kütləvi informasiya alış-verişi tək istiqamətli deyil. Kitablarda öyrədildiyi kimi kütləvi kommunikasiya bir mənbədən bir vasitəylə bir alıcıya göndərilən məlumat olmaqdan çıxdı. Artıq bu məlumat bir alıcıdan bir vasitəylə bir mənbəyə də göndərilə bilir. Yazırsan, oxuyurlar, razılaşırlar, paylaşırlar, razılaşmırlar, etiraz edirlər, cavab verirlər, o cavablar paylaşılır. 20-30 il əvvəlki kimi yazıb-oxunmaq ya da çəkib tamaşa… Davamı

“Vətənpərvər jurnalist” haqqında 10 maddəlik manifest

İngiltərə kralı 3-cü Corc 4 İyul 1776-cı ildə gündəliyinə belə yazmışdı: “Bu gün əhəmiyyətli heç nə baş vermədi” Halbuki, həmin gün okeanın o tayında amerikalılar İngilis Krallığından ayrılıb müstəqilliklərini elan etmişdilər. Həm aprel döyüşləri, həm də son günlərdə cəbhədə baş verənlər haqqındakı informasiya aclığımız özümüzü ingilis kralı kimi hiss etməklə müşayiət olunur. Bu informasiyasızlıq bəzi… Davamı

yalan xeber

Yalan xəbər

Tramp seçki kampaniyasında da, prezident kreslosuna oturandan sonra da mediaya qarşı açıq müharibə elan edib. Sağ olsun, jurnalistika ədəbiyyatına yeni termin daxil etdi: “Fake News Media”. Dəfələrlə Amerika mediasını yalan informasiyalar yaymaqda ittiham edən Tramp deyir ki, “yalan xəbər yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) – mənim yox, xalqın düşmənidirlər”. Onun… Davamı