Tag archive

propaqanda

Yavaş jurnalistika: Asta yaz xəbəri…

Xəbəri hamıdan öncə vermək üçün ölməyən məşhurlar öldürülür, sağalmayan xəstəliklərin müalicəsi tapılır, od olmayan yerdən tüstü çıxarılır, xəbər mətni ilə əlaqəsiz “şok” başlıqlar atılır. Yeni sürətli jurnalistika, internet çağında sosial şəbəkələrin qonaq etdiyi fürsətləri beləcə ucuza xərcləyib zay edir. Bu gün mənzərə çoxlarının başını gicəlləndirsə də, qorxuncdur əslində.  İnsan oğlu ilk dəfə bu miqyasda informasiya… Davamı

yalan xeber

Yalan xəbər

Tramp seçki kampaniyasında da, prezident kreslosuna oturandan sonra da mediaya qarşı açıq müharibə elan edib. Sağ olsun, jurnalistika ədəbiyyatına yeni termin daxil etdi: “Fake News Media”. Dəfələrlə Amerika mediasını yalan informasiyalar yaymaqda ittiham edən Tramp deyir ki, “yalan xəbər yayan KİV-lər (The New York Times, NBC, ABC, CBS, CNN) – mənim yox, xalqın düşmənidirlər”. Onun… Davamı

Fakta qəsd edən uduzur

Çağdaş jurnalistika fakta əsaslanan jurnalistikadır, faktın alternativi yoxdur. “Alternativ fakt” ifadəsinin tarixi çox da qədim deyil. Ötən həftə Vaşinqtondakı inaqurasiyaya gələn kütlənin sayını yeni prezident Donald Trampın və köməkçilərinin şişirtməyə çalışdığı üzə çıxdı. Onlar fakt qarşısında qalandan sonra bu da “alternativ faktdır” ifadəsini ortaya atdılar. Donald Tramp MKİ-dəki görüşündə kütlənin sayı haqda xəbər mediasının səhv məlumat… Davamı

Medianı korlamağa dövlət qayğısı

Azərbaycanın xəbər mediası neft bumundan sonra yaraşıqlı yeni ofislər, yeni texnika üzü gördü, özünü modern saydı.  Azərbaycan hökuməti neft pulu ilə parıltılı layihələr gerçəkləşdirdi, bir iş gördüyünü sandı. Həmin media  da bunu iş görmək kimi qələmə verib yerini şirin saldı. Beləcə əl-ələ verib şərikli “işlədilər”. Prezidentin köməkçisi Əli Həsənov növbəti mükafatpaylama mərasimlərindən birində bu işbirliyini yığcam… Davamı

Mediada reforma düşmənçiliyi

Bu gün ölkənin ana axın mediası iqtisadi islahatların gərəkliyindən danışmır. Dünyanın bu yöndəki müsbət təcrübəsi haqda məlumat vermək əvəzinə, onu gözdən salmaqla məşğuldur. Xəbər mediasının son dörddə bir əsrdə nə qədər geriləməsinə aid bir örnək deyim. Davamı

Medianın təsiri güclü olsaydı

Medianın təsiri güclüdürsə, qaz və elektrik qiymətlərindəki artış üçün əhali hökümətə niyə təşəkkür etmir? Medianın təsiri güclüdürsə, gənclər niyə “batan” Almaniyada təhsil almaq xəyallarından vaz keçmirlər? Medianın təsiri güclüdürsə, niyə insanlar “dağılan” ABŞ-a, Kanadaya köçməyə çalışır? Medianın təsiri güclüdürsə,  əhali niyə iqtidar partiyasına, ya da müxalifət partiyasına qoşulmur? Medianın təsiri güclüdürsə, niyə beş cümlədən birində… Davamı

Bu yazı Şeyxülislam Mükafatına təqdim olunmaq üçün verilir…

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə  tapşırıq verib ki, jurnalistlər üçün “Şeyxülislam mükafatı” təsis olunsun. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin sədri Mübariz Qurbanlı da deyib ki, bu mükafata  etiraz edənlər “ya ateistdirlər, ya da tam olaraq hansı dinə mənsub olduqlarına qərar verə bilməyiblər”. Heç birindən olmadığım halda niyə etiraz etdiyimi deyim sizə.  Davamı

Medianın Trumpla imtahanı

İndilərdə dəbdə olan sualların başında gəlir bu: “Necə oldu ki, Trump seçkidən qalib çıxdı?” Məni maraqlandıran sual isə fərqlidir: Necə oldu ki, media bu seçkidə məğlub oldu?” Amerikalıların 32-ci prezidenti seçmək üçün səs verdiyi 2 Noyabr 1948-ci il tarixində, ən güclü namizəd respublikaçı Thomas Dewey idi. Bütün anketlər onun seçiləcəyini göstərirdi. Seçki gecəsi respublikaçılar Deweyin… Davamı

Redaktorun senzordan fərqi

Bu gün dünyanın az qala bütün böyük xəbər kanalları Filippin prezidentinin Obamaya söyüş söyməsindən, bu üzdən onlar arasında planlaşdırılan görüşün ləğv olunmasından danışır. Biz tərəflərdə xəbər senzuraya uğrayıb. Prezident Rodrigo Duterte Obamaya ünvanladığı çıxışında deyib: “You must be respectful. Do not just throw questions. Putang ina I will swear at you in that forum.” O,… Davamı